Hərbi xidmətdən yayınan məcburi köçkünlərə müavinət verilməlidirmi? – AÇIQLAMAbackend

Hərbi xidmətdən yayınan məcburi köçkünlərə müavinət verilməlidirmi? – AÇIQLAMA

Nazirlər Kabinetinin hərbi xidmətdən boyun qaçırmış məcburi köçkün statusu olan şəxslərə aylıq müavinət verilməməsi ilə bağlı qərarı cəmiyyətdə fikir ayrılığına səbəb olub.

Mövzu ilə bağlı KONKRET.az-a danışan sosioloq Rəşad Əsgərov sözügedən qərarı dəstəklədiyini deyib:

“Azərbaycan gəncliyi hər zaman özünün hərbi vətənpərvərlik ruhu ilə fərqlənib. Bu, özünü xüsusilə 44 günlük Vətən müharibəsi günlərində daha aydın göstərdi. Müxtəlif ölkələrin təcrübəsində hərbi xidmətdən yayınmış, qanuna, normalara tabe olmayan şəxslərə qarşı müəyyən tədbirlər görülür və aydın məsələdir ki, Azərbaycan cəmiyyətində də belə şəxslər ola bilir.

Məcburi köçkünlərin siyahısında olan gənclər də qanunla müəyyənləşdirilmiş yaşa çatdıqdan sonra Vətən qarşısındakı borclarını yerinə yetirmək məsuliyyəti daşıyırlar”.

Sosioloq qərarı zəruri edən səbəblərə də toxunub:

“Dövlət uzun müddətdir qaçqın və məcburi köçkünlərin sosial və maddi rifahının artırılması üçün yetəri qədər ödənişlər edir. Həmin şəxslərin hərbi çağırışdan boyun qaçırması da onlara qarşı müəyyən sərt addımların atılmasına səbəb ola bilər. Aydın məsələdir ki, bu inzibati tədbirlərin həyata keçirilməsi vətəndaşlar üçün məsələnin ciddiyyətini və məsuliyyətin böyüklüyünü daha dəqiq anlamağa kömək edəcək”.

Ayan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*