Milli Məclisin bu gün keçirilən plenar iclasında “Hesablama Palatasının sədr müavininin və auditorlarının təyin edilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.
KONKRET.az-ın məlumatına görə, məsələ barədə Milli Məclisin sədri Sahibə Qafarova məlumat verib.
Nəsir Sadıqovun Hesablama Palatasının sədr müavini, Cavid Bayramov, Hilal Hüseynov və Vəfa Mütəllimovanın Hesablama Palatasının auditorları təyin edilməsi təklif olunub.
Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
