Hikmət Hacıyev: “Azərbaycan yalnız döyüş meydanında deyil, informasiya müharibəsində də qələbə qazandı”backend

Hikmət Hacıyev: "Azərbaycan yalnız döyüş meydanında deyil, informasiya müharibəsində də qələbə qazandı"

“Təəssüf ki, Azərbaycan müstəqilliyinin ilk illərindən, hətta strateji kommunikasiyasiyanın nə olduğunu belə dünyanın bilmədiyi dövrdə strateji kommunikasiya, dezinformasiya, yalan xəbərlərin ölkəmizə qarşı olduğunu gördük”.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda keçirilən Beynəlxalq Strateji Kommunikasiya- “Stratcom 21” Sammitinin açılış mərasimində çıxışı zamanı deyib

Onun sözlərinə görə, Qarabağ müharibəsində Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti hibrid savaşla müşayiət olunurdu.

“Həmin dövrdə biz informasiya savaşına qarşı hazırlıqlı deyildik. Ona görə də Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə və bu işğalın terrorla, aqressiv separatizmlə müşayiət olunmasına baxmayaraq, dünya Azərbaycanı qınayırdı. Öldürülənlərin azərbaycanlılar olmasına baxmayaraq, guya azərbaycanlıların erməniləri öldürməsi təqdim edilirdi. Qondarma “erməni soyqırımı” adı altında bütün dünyada bu təbliğat həyata keçirilməkdə idi. Biz 90-cı illərin əvvəlində anladıq ki, haqlı olmaq yetərli deyil. Haqlı olduğumuzu dünyaya çatdırmaq daha önəmlidir”, – Prezidentin köməkçisi qeyd edib.

Ermənistanın sonunda öz yalanlarının qurbanına çevrildiyini bildirən PA rəsmisi həqiqətlərin dünyaya çatdırılmasının önəmli olduğunu, bu xüsusda qardaş Türkiyə ilə Azərbaycanın bütün sahələrdə olduğu kimi informasiya və edia sahəsində də çiyin-çiyinə çalışmasını xüsusi qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*