Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”ə təşəkkür edib.
KONKRET.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi öz “Twitter”hesabında məlumat verib.
H.Hacıyev bildirib ki, Ermənistan hökumət dairələri ilə əlaqəli saxta hesablar yaradılıb.
O, həmçinin öz adı ilə saxta hesablar yaradıldığını diqqət çatdırıb.
Prezidentin köməkçisi “Twitter” aministrasiyasına həmin saxta hesabları bağladığına görə təşəkkür edib.
