Hökumət TƏŞVİŞ İÇİNDƏ: Ermənistanın dövlət borcu təhlükəli həddə çatdıbackend

Hökumət TƏŞVİŞ İÇİNDƏ: Ermənistanın dövlət borcu təhlükəli həddə çatdı

“Ermənistanın dövlət borcu artaraq 9 milyard dollar həddini keçib”.

KONKRET.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazıb.

Məlumata görə, sentyabrın 30-na olan dövlət borcu 9 milyard 31 milyon dollar təşkil edib. Avqust ayı ilə müqayisədə bu rəqəm 86 milyon, il kontekstində isə 1 milyard 184 milyon dollar artım deməkdir.

Dövlət borcunun böyük hissəsini hökumətin xarici borcu təşkil edir ki, bu da 8 milyard 564 milyon dollar məbləğindədir. Bu məbləğə xarici kreditlər və borclar, qeyri-rezidentlər tərəfindən alınmış qiymətli kağızlar və xarici valyuta istiqrazları daxildir.

Hökumətin daxili borcu 2 milyard 372 milyon dollardır. Buraya daxili kreditlər və dövlət xəzinə istiqrazları və dövlət valyuta istiqrazlarının rezidentləri tərəfindən alınmış borclar daxildir. Dövlət borcunun 473 milyon dramı Mərkəzi Bankın borcudur” – qəzet yazıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*