“Hörmətli Səfər müəllim, Sovet dövrünü çox yaşamamısız, amma sovet düşüncəsi canınızdan çıxmayıb”backend

“Hörmətli Səfər müəllim, Sovet dövrünü çox yaşamamısız, amma sovet düşüncəsi canınızdan çıxmayıb”

Gömrük Komitəsinin rəhbəri Səfər Mehdiyev keçən il qəbul edilən bir qərara – vətəndaşların 1000 dollara qədər xaricdən aylıq mal sifarişi haqqını 300 dollara niyə endirdiklərinə şərh verib: “İşbazlar tərəfindən yaradılmış, 100-200, hətta 1000-2000 adamın cəlb olunduğu şəbəkələrin fəaliyyətinə dair danılmaz faktlar vardı. Bu şəbəkələrə daxil olan vətəndaşlar hamısı eyni vaxtda bağlamalar alırdı. Və artıq səhəri gün həmin mallar piştaxtalara ötürülürdü” –deyə Gömrük şefi bildirib.

Səfər Mehdiyevin bu açıqlamasını KONKRET.az-a şərh edən REAL-ın icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli maraqlı məqamlara toxunub: “Hörmətli Səfər müəllim! Sovet dövrünü çox yaşamamısınız, amma sovet düşüncəsi canınızdan çıxmayıb. “İşbaz” sözü əla sözdür, “işini sevən”, “iş görmək istəyən” deməkdir. Kimsə pul qazanmaq istəyirsə onun qarşısını mənasız, məntiqsiz qərarlarla, sovet-kolxoz təfəkkürü ilə almaqdansa, vətəndaşlara şərait yaratmaq lazımdır ki, həm özləri qazansın, həm də dövlətə vergi-rüsum versin. Gömrük Komitəsinin iş fəlsəfəsi daxili istehsalçını qorumaq, daxili istehsalçıya dəstək olmaq, ölkədə iqtisadi aktivliyin artmasına, işsizliyin azalmasına yardımçı olmaqdır. Vətəndaşların xaricdən sifariş etdikləri məhsullar daxildə istehsal olunurmu?! Yox, olunmur. Vətəndaş sifarişləri pul qazanmaq üşün edirsə, bu qəbahətdirmi, cinayətdirmi?! Yox, deyil. Vətəndaşlar özləri pul qazanırsa, bu dövlətin sosial yükünü azaldırmı?! Bəli, azaldır”.

Oxu.az - Natiq Cəfərli sərbəst buraxılıb – FOTO

Gömrük Komitəsi kolxoz təfəkkürünü kənara qoysa, bu vəziyyətdə hansı təşəbbüslə çıxış etməli idi?!

Natiq Cəfərli suala belə cavab verib: “Gömrük orqanı bu işin fəlsəfəsini bilsə, şəxsi maraqlarını kənara qoysa, o zaman əksinə olaraq fiziki şəxslərin aylıq mal sifarişi limitini 300 yox, 3000 dollara qədər artırılmasını dəstəkləməli, dövriyyədən rüsum və vergi tutulmasını təklif etməli idi. Məsələn, kimsə ayda 3000 dollarlıq mal sifariş edir, bu zaman dövriyyədən 5 faiz rüsum, 5 faiz də vergi ödəyir, başqa bütün növ ödənişlərdən azad edilir. Beləliklə, 3 min dollardan dövlətə 300 dollar xeyir verən şəxs gətirdiyi malı sataraq həm özü qazanır, həm dövlətin sosial yükünü azaldır, həm də daha ucuz qiymətlərlə bazara çıxaraq rəqabət yaradır, qiymətlərin ucuzlaşmasına səbəb olur. Bu yolla minlərlə vətəndaş özü-özünü dolandırır, böyük, məmurlara bağlı şirkətlər də özünə çəki-düzən verib qiyməti şişirtmir, rəqabət artır, beləliklə də bütün ölkə vətəndaşları qazanır. Sovet buralardan çıxsa da, bəzi qurum və məmurların canından sovet təfəkkürü hələ çıxamayıb”.

Ekspert əlavə edib ki, məsələ tək pul qazanmaq hərisliyi deyil: “Həqiqətən də, bu adamlar Gömrük nədir, niyə yaranıb, necə işləməlidir və sair məsələlərdən bixəbərdirlər. Hətta Gömrük işçilərinin nədən rütbəli olduqlarını belə bilmirlər. Gömrük Komitəsinin cəzalandırma orqanı olduğunu düşünürlər”.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*