Rusiyada yaşayan məşhur azərbaycanlı bloqer: “Vətənimə lazım gəlsəm, orda olacam” – YENİLƏNİB + VİDEObackend

Rusiyada yaşayan məşhur azərbaycanlı bloqer: “Vətənimə lazım gəlsəm, orda olacam” – YENİLƏNİB / VİDEO

Rusiyada yaşayan bloqer Hüseyn Həsənov Azərbaycana səfərini şərh edib.

KONKRET.az xəbər verir ki, o, bu barədə “Instagram” səhifəsində hekayələr bölməsində video paylaşıb.

“Mənim iki vətənim var – Rusiya və Azərbaycan. Rusiya mənim doğulduğum və bütün həyatım boyu yaşadığım yerdir, digər vətənim isə Azərbaycandır, çünki mən azərbaycanlıyam. Ona görə də əgər vətənimdə lazım olsam, orada olacağam”, – deyə bloqer bildirib.

16:38

Rusiyada yaşayan məşhur azərbaycanlı bloqer Hüseyn Həsənov daimi yaşayış yerini tərk edib.

KONKRET.az xəbər verir ki, gömrük məntəqəsindəki kompüterdən çəkilən fotoda Azərbaycan əsilli bloqerin Rusiyanı tərk etdiyi görünür.

Bir neçə saat sonra isə Hüseyn Həsənov öz “Instagram” səhifəsinin hekayə bölməsində hava limanından video paylaşaraq “bir neçə günlük atamın yanına və sonra geriyə evə” cümləsini yazıb.

Bloqerin yerləşdirdiyi məlumatlardan onun Azərbaycanda olduğu ehtimal edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*