“İdarə olunmayan bombalardan istifadə edilir” – Əsir rus pilot Rusiya MN-in iddiasını YALANLADIbackend

"İdarə olunmayan bombalardan istifadə edilir" - Əsir rus pilot Rusiya MN-in iddiasını YALANLADI

Ukrayna Silahlı Qüvvələri tərəfindən əsir götürülmüş daha bir rusiyalı pilotun görüntüləri yayılıb.

KONKRET.az xəbər verir ki, kamera qarşısında danışan rusiyalı pilot Ukrayna şəhərlərinə zərbə endirilərkən yüksək dəqiqlikli silahlardan istifadə olunmadığını etiraf edib. O, qeyd edib ki, istifadə olunan bombalar idarə olunmayan bombalardır.

Bu cür bombalar isə xüsusən dinc əhalinin yaşadığı ərazilərdə istifadə olunduqda dəhşətli fəsadlar törədir.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi aviazərbələr zamanı yüksək dəqiqlikli silahlardan istifadə olunduğunu iddia edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*