İki avtomobil toqquşdu, piyada xəsarət aldıbackend

İki avtomobil toqquşdu, piyada xəsarət aldı

Şəkidə minik avtomobilləri toqquşub.

KONKRET.az xəbər verir ki, hadisə saat 17 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd avtomobil yolunun Şəki rayonu Kiçik Dəhnə kəndi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan “Ford” və “Hyundai” markalı minik avtomobilləri toqquşub. Qəzadan sonra “Ford” ərazidə olan piyada – 1995-ci il təvəllüdlü, Mingəçevir şəhər sakini Nəcməddin Məcnun oğlu Əhmədovu vurub. Xəsarət alan N. Əhmədov Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*