İki avtomobil toqquşdu – Xəsarət alanlar varbackend

İki avtomobil toqquşdu - Xəsarət alanlar var

Hacıqabulda iki minik avtomobili toqquşub.

KONKRET.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Nəvahi kəndindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində Saatlı rayonunun Qıraqlı kənd sakini, 1959-cu il təvəllüdlü Əhmədova Ağabəyim Mişdaba qızı ağır xəsarət alaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Digər sərnişin yüngül xəsarət aldığından ambulator yardım alıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*