Vətən müharibəsində göstərdiyi hünər və şücayətlə şöhrət qazanmış Azərbaycan ordusunun generalları – Hikmət Mirzəyev və Mais Bərxudarova Bakı şəhərində mənzil hədiyyə olunub.
KONKRET.az xəbər verir ki, bu barədə Gununsesi.info-ya daxil olan məlumatda bildirilir ki, generallara verilən 4 otaqlı, tam təmirli mənzil paytaxtın mərkəzində yerləşir.
Qeyd edək ki, torpaqların işğaldan azad olunmasında göstərdikləri xidmətlərə görə, Hikmət Mirzəyev və Mais Bərxudarov xüsusi ali hərbi rütbə ilə yanaşı dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunub.
Ötən həftə Prezident İlham Əliyev general-leytenant Hikmət Mirəzyevi Müdafiə nazirinin müavini və Quru Qoşunların komandanı vəzifəsinə təyin edib.
Alqışlayıram
Şəkili yerləşdirəndə dqqətli olun sol əllə hərbi Salam olmur.Sağ əli fırladıb sol əl ediblər
Aşağı rütbədən olan hərbi qulluqçularımızada verilsə daha yaxşı olardı, şəxsən mənim hələ də evim yoxdu.
Aşağı rutbədə olan hərbi qulluqçular heç bir sot torpaq ala bilmirki aşağıya baxan yoxdu indiki zamanda gərək aşağıdakı onda arxasında duran ola
Məni sevindirən xəbər. Dövlətim ilk növbədə Hərbiçi kadrlarımızı düşünməli. Onların maaşı, ev şəraiti və s.