İki gün öncə atasını itirən Əməkdar artistin anası da vəfat etdi – YENİLƏNİBbackend

İki gün öncə atasını itirən Əməkdar artistin anası da vəfat etdi - YENİLƏNİB

Əməkdar artist Səlim Abbasovun anası Laləgül xanım dünyasını dəyişib.

KONKRET.az xəbər verir ki, bu haqda musiqiçi axşam.az-a açıqlamasında deyib.

O bildirib ki, anası şəkərli diabetdən əziyyət çəkirmiş:

“Nə anama, nə atama kömək edə bildim. Atam öləndə xaricdə idim. Bu həyatda onlar üçün yaşayırdım. Bu dərdi çəkə bilmərəm. Mənim üçün artıq hər şey bitdi”.

Qeyd edək ki, Səlimin atası üç gün əvvəl koronovirus infeksiyasından dünyasını dəyişib. Anası isə dünən Zığda yerləşən koronavirus əleyhinə modul tipli xəstəxanaya yerləşdirilmişdi.

***

10:24
Əməkdar artist Səlim Abbasovun üç gün əvvəl koronavirusdan vəfat edən atası Vaqif Abbasovdan sonra anasının vəziyyəti də ağırlaşıb.

KONKRET.az xəbər verir ki, bu barədə tanınmış skripka ifaçısı öz instaqram səhifəsində məlumat verib.

O, anasının həyatının təhlükədə olduğunu, yaşamaq uğrunda mübarizə apardığını vurğulayıb.

S. Abbasov qeyd edib ki, valideyni Zığda yerləşən modul tipli xəstəxanada müalicə olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*