backend

İlham Əliyev daha 9 səfiri geri çağırır - Yeni təyinatlar - SİYAHI

Prezident İlgam Əliyevin ötən gün səfirlərin geri çağırııması ilə bağlı verdiyi sərəncamların davam edəcəyi gözlənilir.

KONKRET.az-ın Bakupost.az -a istinadla əldə etdiyi məlumata görə, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim geri çağırılacaq. Ötən gün Prezidentin sərəncamı ilə Qazaxıstandan geri çağırılan Rəşad Məmmədov ölkəmizin Türkiyədəki yeni səfiri təyin ediləcək.

Xəzər İbrahim isə ABŞ-dakı diplomatik missiyaya rəhbər göndəriləcək. Bu ölkədə hazırda səfirimiz olan Elin Süleymanov geri çağırılacaq və Böyük Britaniyaya səfir təyin ediləcək.

Böyük Britaniyadakı səfirimiz isə Macarıstana səfir göndəriləcək. Artıq qeyd etdiyimiz kimi, hazırda Macarıstandakı səfirimiz, sabiq xarici işlər naziri Vilayət Quliyev keçmiş səfir, hazırda həbsdə olan Eldar Həsənovun yerinə Serbiya, Monteneqro və Bosniya və Hersoqovinadakı yeni səfirimiz olacaq.

Azərbaycanın Brüsseldəki (NATO nümayəndəliyi) səfiri Fuad İsgəndərov İsveçrəyə səfir göndəriləcək. Xatırladaq ki, bu ölkədəki səfirimiz Xanım İbrahimova bir müddət öncə geri çağırılmışdı.

Azərbaycanın Cenevrədəki BMT Bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Vaqif Sadıqov isə Fuad İsgəndərovun yerinə Brüsselə səfir göndəriləcək.

Daha bir sərəncamla səfir Cavanşir Axundovun Latviyadan geri çağırılacağı gözlənilir. Onun yerinə isə Trinidad və Tobaqodakı səfirimiz Elnur Sultanov göndəriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*