İlham Əliyev Vəzirovun kəndini də azad etdi – FOTObackend

İlham Əliyev Vəzirovun kəndini də azad etdi - FOTO

Qəhrəman ordumuzun uğurlu əməliyyatları davam edir. 16 oktyabrda azad edilən kəndlərimiz sırasında Xocavənd rayonunun Düdükçü kəndinin də adı var.

KONKRET.az Musavat.com-a-a istinadla xəbər verir ki, bu kənd Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katiblərindən biri, ölkəmizin uğursuz rəhbərlərindən Əbdürrəhman Vəzirovun baba yurdudur. Vəzirov bunu 2018-ci ilin fevralında “Paxlava Production” internet kanalına müsahibəsində bir daha təsdiqləmişdi:

“Binəqədidə doğulmuşam. Anam Şuşa Pedoqoji Məktəbində oxuyub. O, Qaryagin (indiki Fizuli – red.) rayon partiya komitəsinin birinci katibinin bacısı idi. Babam Düdükçü kəndindəndir. Bu kənd vaxtilə İrandan gələn erməni qaçqınlarını qəbul etmişdi. Sonra elə oldu ki, silahlı erməni dəstələri babamın malikanəsini yandırdılar. Babam bundan sonra öz ailəsi ilə birgə Qaryagindəki evində məskunlaşıb”.

  • Venera
    Oktyabr 18, 2020 - 20:23

    Qurban olum ordumuza,ali bash komandirimize.Sınmısh qururları,namusları geri qaytarırlar.Bu ugursuz rehberin de basını dikeltdi.Eshq olsun sizlere

  • Elmira Həsənqızı yazıçı
    Oktyabr 18, 2020 - 20:54

    Eşq olsun Azərbaycan ordusuna .Var ol Əziz Prezidentin.sizinlə dünya azərbaycanlıları fəxr edir.Ən gözəl romanımı sizə həsr edəcəyəm .Sizin mükəmməl isləriniziGerçəkləşən ideyalar kitabımda yazmışdım. Baxmayaraq ki,onu əli həsənov və əlaltıları çapa buraxmadı….

  • Lalə
    Oktyabr 19, 2020 - 08:35

    Biz Prezidentimizle fəxr edirik .yaşasın xalqımız yaşasın ordumuz.yasasin bize destek olan dovletler

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*