İnsult keçirən Kadir İnanırın vəziyyəti necədir?backend

İnsult keçirən Kadir İnanırın vəziyyəti necədir?

Xəstəxanaya yerləşdirilən aktyor Kadir İnanırın səhhəti ilə bağlı yeni açıqlama yayılıb. 

KONKRET.az axşam.az-a istinadən xəbər verir ki, xəstəxana açıqlamasında onun durumunun yaxşı olduğunu bildirib:

“Kadir bəy bu gün daha yaxşıdır. Daha əvvəl də izah etdiyimiz kimi o, ekstubasiya olunub, şüuru yerindədir və daha aydın danışa bilir. Digər xəstəliklərini nəzarət altında saxlayırıq. Müalicələrə müsbət cavab verilir. Oturub dura bilir. Fizioterapiya prosesi davam edir. Onun müalicəsi reanimasiya şöbəsində davam edir, amma yaxın günlərdə onu reanimasiyadan çıxartmağı planlaşdırırıq” – deyə həkim bildirib.

Qeyd edək ki, Kadir İnanırın vəziyyəti bazar günü pisləşib və o, xəstəxanaya yerləşdirilib. İnsult keçirən Kadir İnanırın sağ tərəfinin iflic olduğu müəyyən edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*