“iPhone”un gizli funksiyası nümayiş olundu – VİDEObackend

“iPhone”un gizli funksiyası nümayiş olundu – VİDEO

Katarina Moqus (Katarina Mogus) adlı bloqer “iPhone”nun az məlum olan xüsusiyyətindən danışıb.

KONKRET.az xəbər verir ki, “TikTok”da yayımlanan videoda o, smartfonun öz sahibinin yerdəyişmələrini avtomatik olaraq kənar şəxslərə ötürə biləcəyini göstərib.

Bunun üçün ilk addım “Avtomatlaşdırma” bölməsinə keçmək, sonra “Özün üçün avtomatlaşdırma yarat” bəndini, daha sonra isə “Gəliş” düyməsini sıxmaqdır. Açılan pəncərədə istədiyiniz coğrafi yeri seçmək və “Bitir” düyməsini basmaq lazımdır. Bundan sonra istifadəçi təyinat yerinə çatdıqda yerinə yetiriləcək hərəkəti dəqiqləşdirməlidir.

Beləliklə, müəyyən bir geolokasiyaya çatdıqdan sonra “iPhone” avtomatik olaraq tələb olunan hərəkəti yerinə yetirəcək: istədiyiniz kontakta zəng və ya mesaj göndərəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*