Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu (İKZF) müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayırıb.
KONKRET.az xəbər verir ki, bu barədə İKZF məlumat yayıb.
“Adi ipoteka kreditləri üzrə müraciətlərin qəbulu fevralın 2-də saat 11:00-dan başlayacaq. Güzəştli ipoteka kreditləri üzrə müraciətlərin qəbulu ilə bağlı əlavə məlumat veriləcəkdir”, – məlumatda deyilir.
Ipoteka kreditinin alınması üçün müraciətlərin qəbulu Elektron Hökumət Portalında (www.e-gov.az) mövcud olan “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsi ilə real vaxt rejimində həyata keçirilir.
İpoteka kreditlərinin şərtlərinə dair məlumatları Fondun rəsmi internet səhifəsindən (www.mcgf.gov.az/menu/46) əldə etmək mümkündür.
Qeyd edək ki, bu ilin dövlət büdcəsində ipotekanı maliyyələşdirilməsi üçün 87,7 milyon manat nəzərdə tutulub.

Salam Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu (İKZF) müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayırıb.İlk dövlət başçımıza və sizin qurumun rəhbərlərinə minnətdarlığımı bildirəm gözəl addımdır.Ama Bir gənc ailə başçısı kimi sizlərdən xaiş edirəm bizləridə nəzərə alın .Artıq 12 ilə yaxındır ki,Mən ailəmlə bərabər kirayələrdə qalırıq.Sizlərdən xaiş edirəm Sabit vergi ödəyicilərədə İpoteka yaradılsın bizlərdə bu şanslardan yararlannaq.
Men de ipatekaynan ev isdeyirem genc aileliyem
Bizde genc aileyik kirayede qaliriq.maaw az olduquna gore alinmadi.bizide nezere alsaz cox yaxwi olar xahiw edirik.
salam AZƏRBAYCAN İpoteka və Kredit. Zamənət Fondu (İKZF) müvəkili. sizlərdən xahişi edirəm mənimdə ev almaqa etiyaclm var yəni ipoteka ilə .cavab olarsa çox sevinərəm öncədən sizə dərin təşəkkür edirəm.
Salam men gənc aileyem ipotekadan ev gotrmek isteyirem 11 ildi dovlət isindeyem illik ortalama emek haqqım 1000den yuxaridi xais edirem xeber vererdiz
Mənde ipoteka isdeyirem
Salam mende 18 ildi iki usaqimla kirayede qaliram xais edirem menide nezere alasiz
Salam güzəştli ipoteka limiti ayrilibki mən banka getdim deyirki hələ ayrilmayib dəqiq məlumat verində zəhmət olmasa