İran Aşqabaddakı razılaşmaya niyə imza atdı? – Kremlin bəyənmədiyi sazişlə bağlı  İLGİNC DETALLARbackend

İran Aşqabaddakı razılaşmaya niyə imza atdı? – Kremlin bəyənmədiyi sazişlə bağlı İLGİNC DETALLAR

Hələ 90-cı illərdən Türkmənistan qazının Azərbaycana, sonra isə boru kəmərləri vasitəsilə Avropaya nəql edilməsi ciddi müzakirə mövzusu idi. Hələ “Nabukko” layihəsinin müzakirəsi zamanından bu məsələ gündəmdə idi. Rusiya Xəzərin dibi ilə “TransXəzər” boru kəmərinin çəkilməsinə ciddi maneə yaradırdı. Xəzərin statusu ilə bağlı sənədə əlavə olaraq “Ekoloji protokolun” imzalanması “TransXəzərin” reallaşdırılması məsələsini ciddi sual altına qoydu.  Amma Türkmənistanda baş tutan görüşdə mühüm qərarlar alındı, məsələnin həlli yolu tapıldı

Bu fikirləri KONKRET.az-a açıqlamasında tanınmış iqtisadçı Natiq Cəfərli səsləndirib. O bildirib ki,  Türkmənistan öz sərhəddində İrana qaz verəcək, Tehran isə sərhəddə yerləşən yaşayış məntəqələrini qazlaşdıracaq. Əvəzində isə artıq mövcud olan İran-Azərbaycan qaz boru kəməri vasitəsi ilə bizə eyni həcmdə qaz ötürəcək, Azərbaycan isə həmin qazı TANAP və TAP vasitəsi ilə Avropa çatdıracaq: “Çox vacib anlaşmadı, İran bu razılaşmaya həm də ona görə imza atdı ki, Vyanada Tehranın nüvə məsələsi ilə yeni danışıqlar başlayıb. Rəsmi Tehran sanksiyalardan qurtulmağa çalışır, AB-yə isə daha çox qaz lazımdır ki, Moskvanın təsirlərlərini azaltsın”.

Natiq Cəfərli seçkidə atasının etdiklərinə görə ondan küsüb - VİDEO

Ekspert əlavə edib ki, bu vacib anlaşmadır və nəticədə Türkmənistan, Azərbaycan, İran, həm də Avropa qazanacaq: “Bu anlaşma rəsmi Kremlin xoşuna gəlməyəcək, növbəti provokasiyalara hazır olmalıyıq. Amma yavaş-yavaş Moskva ilə danışıqlar üçün əlavə alətlər əldə etməliyik, bunlardan biri qaz məsələsidirsə, digəri də Türkiyənin ölkəmizdə Hərbi-Təlim Mərkəzlərinin yaradılması qərarı olmalıdır”.

şviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*