“İran bundan sonra Azərbaycana kimlə dostluq ediləcəyinə dair göstəriş verməyəcək” – RƏYbackend

“İran bundan sonra Azərbaycana kimlə dostluq ediləcəyinə dair göstəriş verməyəcək” - RƏY

“Məlum olduğu kimi, son vaxtlar Azərbaycanla İran arasında müəyyən narazılıqlar yaşanırdı. Bu gərginlik ötən 30 il ərzində yaranıb, İranın hətta xarici işlər nazirliyi səviyyəsində bildirilmişdi ki, Dağlıq Qarabağın işğaldan azad olunması İranın maraqlarına uyğun deyil. Onlar Türkiyə ilə Azərbaycan arasında quru yolun olmasını istəmirdilər. Lakin hesab edirəm ki, ötən gün baş tutan Aşqabad görüşü nəticəsində, bu tipli bəyanatlara son qoyulacaq. Yəni, Azərbaycan əleyhinə İranın rəsmi səviyyədə səsləndirdiyi fikirlər artıq olmayacaq. Həmçinin, görüş nəticəsində Azərbaycanla İran arasında olan təkcə siyasi gərginlik deyil, iqtisadi gərginlik də aradan qaldırılacaq”.

KONKRET.az xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

O bildirib ki, görüş iki ölkənin dini müstəvisində yaranmış ciddi gərginliklərin həlli istiqamətində də əhəmiyyətə malikdir: “Baxmayaraq ki, hər ikisi müsəlman ölkəsidir, amma dini müstəvidə lazımsız təbliğat aparılırdı. Yəni, Azərbaycan və İran prezidentlərinin ötən gün baş tutan görüşü bu problemə də son qoyacaq. Əlavə olaraq, Azərbaycan və İran arasında qazın ötürülməsi ilə bağlı yeni bir sənədin imzalanması  ilə yeni iqtisadi təşkilat forması yaranıb. Ümumiyyətlə, bu saziş Azərbaycanla İran arasında son dövrlər imzalanmış ən normal sənəddir. Çünki bizim bütün iddialarımızı kənara qoyub uzatdığımız dostluq əlini İran qəbul etdi. İnanıram ki, İran bundan sonra Azərbaycana kimlə dostluq ediləcəyinə dair göstəriş verməyəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*