İran diplomatı: “Ermənilər üçün şərqşünaslıq özünüdərk elmidir”backend

İran diplomatı: “Ermənilər üçün şərqşünaslıq özünüdərk elmidir”

“İran Ermənistandakı bütün şərqşünaslıq mərkəzləri ilə əməkdaşlıq memorandumları imzalayacaq. Erməni-İran münasibətlərinin inkişafında, erməni şərqşünaslıq və İranşünaslıq məktəbləri daxil olmaqla, ali təhsilli insanların, elm adamlarının, elmi, təhsil və tədqiqat mərkəzlərinin fəaliyyəti kifayət qədər əhəmiyyətli bir rol oynayır. Buna görə İran tərəfi yaxın gələcəkdə Şərq və İranşünaslıqla məşğul olan bütün erməni mərkəzləri ilə Əməkdaşlıq Memorandumları imzalamaq niyyətindədir.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə İranın Ermənistandakı səfirinin müşaviri Seyid Hüseyni Tabatabayi açıqlayıb.

“Əgər digər ölkələr üçün şərqşünaslıq başqalarını tanımaq elmidirsə, ermənilər üçün şərqşünaslıq özünüdərk elmidir, bu səbəbdən bu sahədəki hər hansı bir araşdırma erməni xalqının mahiyyətinin daha yaxşı anlaşılmasına kömək edir. Ermənistandakı şərqşünaslığın xüsusi bir yer tutması mənim üçün heç də sirr deyildi”, – deyən İran səfirliyinin müşaviri Ermənistandakı şərqşünaslığın çox yaxşı ənənələrə söykəndiyini vurğulayıb:

“Mən bilirəm ki, Erməni Şərqşünaslıq Məktəbi etnoqrafiya və müxtəlif millətlərin və irqlərin öyrənilməsi sahəsində çox yüksək beynəlxalq mövqeyə malikdir. İranşünaslığa gəldikdə, bilirik ki, Ermənistanda İranşünaslıq məktəbi əvvəldən çox yaxşı bir əsasda qurulmuşdur və bu ənənələr bu gün də davam edir”.

Bundan əlavə, gələn il daha bir mühüm ildönümü – Ermənistan-İran diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümü qeyd ediləcək. Bu münasibətlə 2022-ci ilin fevralın 9-da beynəlxalq konfrans keçiirləcək. Konfrans Ermənistan-İran münasibətlərinə həsr ediləcək.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*