“İran-Ermənistan əlaqələri bundan sonra Azərbaycanın əleyhinə formalaşmayacaq” – ŞƏRHbackend

“İran-Ermənistan əlaqələri bundan sonra Azərbaycanın əleyhinə formalaşmayacaq” - ŞƏRH

“İqtisadi Əməkdaşlıq Təşkilatınınn (İƏT) Aşqabad zivrə görüşü çərçivəsində İlham Əliyevlə İran prezidenti İbrahim Rəisinin görüşü baş tutdu. İranın ikinci Qarabağ müharibəsindən sonra regionda yeni geokonfiqurasiyanı qəbul etməməsi, “Zəngəzur” dəhlizinə qarşı çıxması və Azərbaycan sərhədlərində hərbi təlimlər keçirməsi, iki ölkə arasında ciddi siyasi və diplomatik böhran yaratmışdı”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki, Azərbaycanın geri çəkilməməsi, prinsipial olaraq yeni reallıqlara uyğun davranması,Tehranın geri addım atmasına gətirib çıxardı. Təbii ki, burada Ankara və Moskva amilini də nəzərə almaq lazımdır: “İranın Ermənistanla yaxınlaşması və Qafan-Gorus magistralına alternativ yol çəkmək istəməsi, eləcə də İrəvanı dəstəkləməsi demək olar ki, baş tutmadı. Azərbaycan və İran arasında siyasi əlaqələrin intensiv şəkildə başlaması, XİN rəhbərlərinin mütəmadi əlaqələri müəyyən qədər Bakı və Tehran arasında buzların əriməsinə gətirib çıxardı. Aşqabadda baş tutan görşüşdə məlum oldu ki, İran Zəngəzur dəhlizni qəbul edir və regiondakı geosiyası proseslərlə barışır. Prezidentlərin bu görüşü iki ölkə arasında yeni bir əməkdaşlıq mərhələsinin başlanması deməkdir”.

Politoloq: “Putin Ermənistanda vəziyyətin stabilləşməsində maraqlı deyil” -  Editor.az

Politoloq əlavə edib ki, İran dəyişən regional şərtlərlə barışmağa məcbur edildi: “İran-Ermənistan əlaqələri bundan sonra Azərbaycanın əleyhinə formalaşmayacaq. Həmçinin İran Xəzərin son statusu ilə bağlı qəbul edilən sənədi parlamentdə ratifikasiya edə bilər. Milli Cəbhə Partiyası olaraq Azərbaycanın qonşu ölkələrlə siyasi-iqtisadi əlaqələrin inkişafında maraqlıyıq. Ölkəmizə qarşı bütün təhdid və təzyiqlərə qarşı partiya olaraq dövlətin siyasətində yer alırıq. İran Azərbaycan əlaqələrinin inkişafında maraqlıyıq və prezidentlərin bu görüşü yaşanan böhrana son verəcək”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*