İran Fars körfəzində xarici gəmini saxladıbackend

İran Fars körfəzində xarici gəmini saxladı

İran hərbi qüvvələri Fars körfəzində yanacaq qaçaqmalçılığına cəhd edən xarici gəmini saxlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Gəmi ölkənin cənubundakı Hörmüzgan vilayətinin sahillərində saxlanılıb. Hərbçilərin 150 min litr yanacağı müsadirə etdiyi, gəminin 11 ekipaj üzvünə qarşı istintaq başladıldığı bildirilir.

Gəminin hansı ölkəyə aid olduğu və saxlanılanların vətəndaşlığı barədə məlumat verilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*