İran İsrailin zərbələri nəticəsində yaralananların sayını açıqladıbackend

İran İsrailin zərbələri nəticəsində yaralananların sayını açıqladı

İsrail Hərbi Hava Qüvvələrinin İran ərazisinə endirdiyi son kütləvi aviazərbələrdən sonra İslam Respublikasında qeydə alınan xəsarətlər və mülki fəsadlarla bağlı ilk rəsmi statistika yayımlanıb. Tərəflərin qarşılıqlı hərbi əməliyyatları fonunda rəsmi Tehran itkilərin real miqyasını açıqlayıb.

KONKRET.az xəbər verir ki, İranın Təcili Tibbi Yardım Təşkilatının rəhbəri Cəfər Miadfar son hava hücumları nəticəsində ölkə daxilində ümumilikdə 15 nəfərin xəsarət aldığını bəyan edib.

Rəsmi məlumata görə, yaralananlardan 14 nəfəri ölkənin cənub-qərbində yerləşən Xuzistan əyalətinin Mahşəhr şəhərində, daha bir nəfər isə paytaxt Tehranda qeydə alınıb. Təşkilat rəhbəri bildirib ki, ilkin tibbi yardımdan sonra xəsarət alan 14 sakin artıq evə buraxılıb, yalnız bir nəfərin müalicəsi isə xəstəxanada davam etdirilir. Hazırki saata olan rəsmi protokollara əsasən, hücumlar nəticəsində həyatını itirən hər hansı bir şəxs qeydə alınmayıb.

Natiq Səlim,
KONRKET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*