İran itlərə qadağanı nəzərdə tutan qanun layihəsi hazırlayırbackend

İran itlərə qadağanı nəzərdə tutan qanun layihəsi hazırlayır

İranın İslam Məşvərət Şurasının bir qrup deputatı ev itlərinin saxlanmasına görə külli miqdarda cəriməni, kirayəçilərin evlərini it və pişik sahiblərinə icarəyə verməsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi irəli sürüb.

KONKRET.az xəbər verir ki, bu barədə “Daily Sabah” nəşri yazır.

İdeya müəllifləri hesab edir ki, itləri gəzdirmək həm də əhali arasında panika yaradır və uşaqları qorxudur, evdə it saxlamaq isə “natəmizlikdir”. İran ruhanilərinin əksəriyyəti də ev heyvanlarına qarşıdırlar.

Eyni zamanda qeyd olunur ki, son bir neçə ildə xüsusilə gənc nəsil arasında ev heyvanlarına sahib olan iranlıların sayı xeyli artıb.

Daha əvvəl bildirilmişdi ki, İran qadınların pizza və ya sendviç yemək, qırmızı içkilər içmək və ya dəri əlcək geyinməsini qadağan edəcək yeni senzura məhdudiyyətləri tətbiq edib. Bundan başqa, ev şəraitində insanların, eləcə də kişinin qadına çay süzdüyü səhnələrin çəkilişinə qadağa da ayrıca nəzərdə tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*