İran Prezidentindən ABŞ-da seçkilərdən sonrakı vəziyyətlə bağlı SƏRT AÇIQLAMAbackend

İran Prezidentindən ABŞ-da seçkilərdən sonrakı vəziyyətlə bağlı SƏRT AÇIQLAMA

İran Prezidenti Həsən Ruhani kimin qazanmasından asılı olmayaraq, ABŞ seçkilərində qalib gələcək növbəti administrasiyanın İran xalqının iradəsinə təslim olacağını deyib.

KONKRET.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, İran lideri Fars körfəzindən ölkənin mərkəzi əyalətlərinə suyun ötürülməsi layihəsinin açılış mərasimində bu barədə danışıb.

Onun sözlərinə görə, ölkəsi son aylarda görünməmiş dərəcədə çətin dövrlər yaşayıb:

“Biz həmişə təzyiq altında idik (ABŞ-ın – red.), Sonra bu iqtisadi müharibəyə çevrildi. Onlar koronavirus pandemiyası fonunda sanksiyaları artırdılar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*