İran rəsmisi nüvə danışıqlarını yarımçıq TƏRK ETDİ: Ukrayna məsələsi Rusiya ilə Tehranın da ARASINI “VURDU”backend

İran rəsmisi nüvə danışıqlarını yarımçıq TƏRK ETDİ: Ukrayna məsələsi Rusiya ilə Tehranın da ARASINI "VURDU"

İranın nüvə danışıqlarındakı nümayəndəsi Vyananı tərk edib. Qərb diplomatları danışıqların mümkün uğursuzluğu barədə xəbərdarlıq ediblər.

KONKRET.az xəbər verir ki, Vyanada keçirilən nüvə danışıqlarında Kremlin irəli sürdüyü yeni tələblər Tehranı təəccübləndirib. Rusiya İranla ticarətinin Ukraynaya qarşı sanksiyalara məruz qalmayacağına zəmanət axtarır. Kremlin ultimatumu Moskvanın Tehranla yer dəyişdirmək qorxusunu əks etdirir.

İranın nüvə danışıqlarındakı baş müzakirəçisi Əli Baqeri Kəninin gözlənilmədən Vyanadan Tehrana qayıdıb. Rusiyanın Amerikadan zəmanət istəməsi ilə eyni vaxtda Qərb diplomatları razılığın əldə edilməsində dalana dirənmə və danışıqların mümkün uğursuzluğu barədə xəbərdarlıq ediblər.

İran mediası Əli Baqeri Kəninin məsləhətləşmələr aparmaq üçün Tehrana qayıtdığını yazsa da, iki Qərb diplomatı “The Wall Street Journal”a açıqlamasında İranın baş müzakirəçisinin nə üçün ölkəsinə getdiyi və nə zaman geri qayıdacağının bəlli olmadığını deyib.

Baqeri Kəninin Tehrana qayıtması İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın rusiyalı həmkarı Sergey Lavrovla Moskvanın nüvə anlaşmasını dirçəltmək üçün yeni şərti barədə danışmasından sonra baş verib.

Xatırladaq ki, ötən həftə sonu Rusiya Amerikadan nüvə sazişinin bərpa olunacağı halda Ukraynaya müdaxilə ilə bağlı son sanksiyaların Rusiyanın İranla ticarətinə təsir etməyəcəyinə dair yazılı təminat tələb edib. Vaşinqton isə Rusiyanın bu tələbini əlaqəsiz və əhəmiyyətsiz adlandırıb. Rusiyadan sonra isə Çin hökuməti Amerikadan İrana sanksiya tətbiq edəcəyi halda, şirkətlərinin bu ölkə ilə embarqolara məruz qalmadan ticarət əlaqələri qura bilməsi üçün yazılı zəmanət istəyib.

İran rəsmilərinin ilk açıqlamaları İslam Respublikasının ən azı Rusiyanın tələbləri ilə çaşqın olduğunu göstərdi. Onun diplomatik departamentinin spikeri Səid Xətibzadə qeyd edib ki, Moskvanın özünü izah etməsi yaxşı olardı. İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani vəziyyəti sabitləşdirməyə çalışıb və o, Twitter-də yazıb ki, Vyanada bütün iştirakçıların öz maraqları əsasında hərəkət və reaksiya verdiyini və bunu başa düşmək olar.

“Biz sürətləndirilmiş həll üçün yaradıcı yollar axtaracağıq”, -deyə Şamxani qeyd edib.

Amma İran tərəfinin məyusluğunu gizlətmək çətindir. Artıq ictimai rəy nümayəndələri Rusiyanın ultimatumunu Kremlin danışıqlar prosesini girov götürməsinin sübutu adlandırıblar.

Nüvə İrana Qarşı Birləşmiş Təşkilatın (UANI) siyasi direktoru Ceyson Brodski bildirib ki, İranın daha zəif, Qərblə münaqişədə olan və Rusiya kimi ölkələrdən asılı olması Kreml üçün faydalıdır.

“Beləliklə, İrana maksimum təzyiq kampaniyasının sona çatması, Rusiyaya isə maksimum təzyiq kampaniyasının başlaması ehtimalı var”, – deyə Ceyson Brodski bildirib.

Rusiya diplomatiyasının rəhbəri öz növbəsində Rusiyanın sakit qalmayacağını və izahat tələb edəcəyini deyib.

“Rusiya Federasiyasının dəyişmiş dinamikaya uyğunlaşmadan bu Vyana müzakirələrində, xüsusən də neftin yüksək qiymətlərini saxlamağa çalışdığına görə, sakit oturacağı ehtimalı azdır. Biz cavab, çox aydın cavab almaq istəyirik”, – Rusiya diplomatiyasının rəhbəri vurğulayıb.

Ekspertlərin fikrincə, Tehranı Moskvanın tərəfdaşı hesab etmək olar, amma müttəfiqi deyil.

“İran tarixində Rusiyadan şübhələnmənin uzun tarixi var. Və indiki İran quruluşunda bir çoxlarının Kremllə daha sıx əlaqələrin tərəfdarı olmasına baxmayaraq, bu, İran sisteminin bəzi elementləri arasında Rusiya Federasiyasının mübahisəli statusu ilə kölgədə qalır”,- deyə Brodski qeyd edib.

Onun sözlərinə görə, bu vəziyyət yaxın həftələrdə ciddi gərginliyə səbəb ola bilər.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*