İran Rusiya ilə viza rejimini ləğv etməyə HAZIRDIR – VİDEObackend

İran Rusiya ilə viza rejimini ləğv etməyə HAZIRDIR - VİDEO

İran Rusiya ilə viza rejimini ləğv etməyə hazırdır.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib ki, ölkə Rusiya ilə viza rejimini ləğv etməyə hazırdır. Onun sözlərinə görə, Tehran İran və Rusiya arasında ticarətin artımını stimullaşdırmaq üçün ilk növbədə iş adamları üçün viza rejimini ləğv etməyi təklif edir.

“İki ölkə arasında vizaların ləğvi məsələsində əməkdaşlıq müzakirə olundu. İran Rusiya ilə viza rejimini ləğv etməyə hazırdır. İlk addım olaraq ticarət əlaqələrini artırmaq üçün iş adamları üçün vizaların ləğvi təklif olundu”, – deyə xarici işlər naziri bildirib.

Öz növbəsində, Lavrov əlavə edib ki, Rusiya və İran ticarət dövriyyəsinin artdığını müşahidə edirlər. Onun sözlərinə görə, 2021-ci ilin sonuna ölkələr arasında ticarət dövriyyəsi 80% artaraq 4 milyard dollardan çox olub.

Sergey Lavrov və Hüseyn Əmir Abdullahian arasında danışıqlar bu gün, iyunun 23-də Tehranda keçirilib. Tərəflər ölkələr arasında ticarətin və əməkdaşlığın, o cümlədən enerji sektorunda inkişafı müzakirə ediblər.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*