İran Türkiyənin düşmənlərini silahlandırırbackend

İran Türkiyənin düşmənlərini silahlandırır

İran son aylarda terrorçu Kürdüstan Fəhlə Partiyasının (PKK) yaraqlılarına 50 kamikadze pilotsuz uçuş aparatı verib, bir neçə gün əvvəl isə hava hücumundan müdafiə sistemləri və radiasiya tipli raketlər göndərib.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə hökumətinə yaxın “Yeni Şafak” qəzeti məlumat yayıb.

Məlumata görə, İran PKK yüklərinin Kürdüstan Vətənpərvərlər Birliyi (KYB) vasitəsilə daşınması üçün Süleymaniyyə marşrutunu seçib. İran mülki təyyarə ilə döyüş sursatını Süleymaniyyə hava limanına çatdırır, sonra isə Təlabaninin nəzarətində olan Kürdüstan Vətənpərvərlər Birliyi (KYB) vasitəsilə terrorçulara ötürür.

PKK-nın kamikadze pilotsuz uçan aparatları ilə yanaşı, Rusiya istehsalı olan termal görüntü və pilotsuz uçuş aparatlarını aşkar etmək üçün istifadə edilən geniş bucaqlı hava müşahidə cihazları da aldığı bildirilir.

Təhlükəsizlik mənbələrindən verilən məlumata görə, kamikadze pilotsuz təyyarələrin bir hissəsi mart ayında PKK-ya təhvil verilib.

PKK terrorçularının Türkiyə pilotsuz təyyarələrinin hədəfinə düşməmək üçün KYB maşınlarından istifadə etdikləri daha əvvəl məlum olmuşdu.

Təhlükəsizlik mənbələri İran İslam İnqilabı Keşikçiləri Korpusuna məxsus silah və sursatla dolu avtomobillərin terror təşkilatı üzvləri ilə birlikdə hərbi karvanla Tel Rifat/Kəfr Nasuh bölgəsinə daxil olduğunu müəyyən edib. Hətta bölgədəki İslam İnqilabı Keşikçiləri Korpusunun qərargahının da PKK-ya verildiyi bildirilir.

Qeyd edək ki, Türkiyə Süleymaniyyə hava limanına uçuşların qadağanını daha 6 ay uzadıb. Mövcud qadağa 2024-cü il dekabrın 7-dək uzadılıb. PKK terror təşkilatının Süleymaniyyədə mövcudluğunu davam etdirdiyi və hava limanına uçuşların təhlükəsizliyini təhdid edə biləcəyi üçün Türk Hava Yolları 2023-cü ilin aprelində Süleymaniyyəyə uçuşları dayandırmışdı.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*