İranda bəhai dininə mənsub gənc HƏBS EDİLDİ backend

İranda bəhai dininə mənsub gənc HƏBS EDİLDİ 

Təbrizli bəhai Sina Şəhri təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq naməlum yerə aparılıb.

KONKRET.az xəbər verir ki, Şəhrinin evində qanunsuz olaraq məhkəmə hökmü olmadan axtarış aparıldığı, ona məxsus bir neçə şəxsi əşyanın götürüldüyü bildirilib.

Sina Şəhrinin nədə ittiham olunduğu barədə heç bir məlumat verilməyib. Ehtimal edilir ki, onun həbs edilməsinə səbəb bəhai təriqətinə mənsub olmasıdır.

Qeyd edək ki, rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşasa da, İran İslam Respublikasının konstitusiyası bəhai dinini müstəqil bir din kimi tanımır.

Məhz buna görə də, son 43 ildə İranda bəhailərin sərbəst təhsil almasına və onların dövlət idarələrində işə götürülməsinə qadağa qoyulub, digər hüquqları məhdudlaşdırılıb.

İrana hakim radikal ruhanilərin təhriki ilə hakimiyyətə bağlı “Hizbullah”çı dəstələr vaxtaşırı bəhailərin iş yerlərinə hücum edir, mağazalarını bağlatdırır və ya yandırır, qəbiristanlıqlarını isə dağıdırlar.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*