İranda daha 335 nəfər koronavirusdan dünyasını dəyişdibackend

İranda daha 335 nəfər koronavirusdan dünyasını dəyişdi

İranda son sutka ərzində COVİD-19-dan ölənlərin sayı daha 335 nəfər artaraq 32 min 320-yə çatıb.

KONKRET.az  xəbər verir ki, 5 min 814 nəfərdə isə yeni yoluxma faktı aşkarlanıb. İranda ümumi yoluxanların sayı 562 min 705 nəfərə yüksəlib. Virusa yoluxan xəstələrdən 4 952-nin vəziyyəti ağırdır. İndiyədək 450 min 891 nəfər virusa qalib gəlib.

Qeyd edək ki, İranın 31 əyalətinin hamısı “qırmızı” və ya “riskli” bölgələr elan edilib.(qafqazinfo.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*