İranda KİBERHÜCUM – Yanacaqdoldurma məntəqələri ÇÖKDÜ – VİDEObackend

İranda KİBERHÜCUM - Yanacaqdoldurma məntəqələri ÇÖKDÜ - VİDEO

İranda haker hücumu nəticəsində yanacaqdoldurma məntəqələri çöküb.

KONKRET.az-ın əldə etdiyi məlumata görə, Ali Milli Təhlükəsizlik Şurasına yaxın mənbələr yanacaqdoldurma məntəqəsindəki yanacaqdoldurma sisteminə kiberhücum edildiyini təsdiqləyib.
ISNA xəbər agentliyi bir neçə saat əvvəl “Tehranda və digər şəhərlərdə kiberhücum səbəbindən qəfil qazın kəsilməsi” xəbərini verib.

Həmin xəbər agentliyi Neft Nazirliyinin mətbuat katibinin sözlərindən başqa bir xəbərdə belə elan edib: yanacaq kartı sistemində texniki problem yaranıb və smart sistemin istifadəsi və milli paylayıcı şirkəti peykdən çıxarılıb.

Yanacaqdoldurma məntəqə sahibləri birliyinin rəhbəri də bununla bağlı izahat verib: “Bu gün saat 11:00-dan bizə sms gəldi ki, sistem pozulub. Digər vilayətlərlə də əlaqə saxladıq və onlar da bu məlumatı təsdiq etdilər. Problem həll olunana qədər sərbəst şəkildə yanacaq doldurmaq mümkündür. Problem proqram təminatıdır”.

İranda kiberhücumdan sonra ölkədəki yanacaqdoldurma məntəqələri fəaliyyət göstərmir

İran Milli Neft Emalı Zavodlarının sözçüsü: “İnsanlar stansiyalarımıza gəlməməlidir”, -deyə xəbərdarlıq edib.

Yanacaqdoldurma məntəqələrində növbələr yaranıb.
Hücumun İsraildən olan hakerlər tərəfindən edildiyi güman edilir.

 

Xuraman Etibarlı

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*