İranda Rusiyanın “Mir” kartları işləyəcəkbackend

İranda Rusiyanın "Mir" kartları işləyəcək

“İran Rusiyanın “Mir” kartlarının qəbulu üzrə pilot layihəni həyata keçirməyə hazırlaşır ki, bu da ölkələr arasında iqtisadi əlaqələrin gücləndirilməsində mühüm addım olacaq”.

KONKRET.az xəbər verir ki, bu barədə İranın Rusiya Federasiyasındakı səfirliyinin ticarət attaşesi Rahimi Mohsen məlumat verib.

“Hazırda biz bütün dünyada rahat ödəniş prosesini təmin etmək üçün texniki detallar üzərində işləyirik. Tehran Moskva ilə effektiv ticarət tərəfdaşlığını qoruyur”, – deyə Mohsen vurğulayıb.

Mütəxəssislərin fikrincə, “Mir” kart xidmətinin işə salınması üç aydan altı aya qədər, pilot layihə isə yayın sonuna qədər başlaya bilər. İranda “Mir” sisteminin tətbiqi təkcə Rusiyadan turist axınını dəstəkləməyəcək, həm də sanksiyalar və uçuşların məhdudlaşdırılması kontekstində xüsusilə vacib olan transsərhəd ödənişləri asanlaşdıracaq.

Həmçinin Moldovanın Qaqauz muxtariyyətində də “Mir” kartları fəaliyyətə başlayacaq. Regionun rəhbəri Yevgeniya Qutsul bildirib ki, kartların verilməsinə mayın 1-dən başlanılacaq.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*