Ukraynaya dəstək verən reper edam cəzasına məhkum edildibackend

Ukraynaya dəstək verən reper edam cəzasına məhkum edildi

İranda Ukraynaya dəstək verən reper edam cəzasına məhkum edilib.

KONKRET.az xəbər verir ki, müxalifətçi reper Tumaca Salehi 2022-ci ildə hicab taxmaqdan imtina edən qız Məhsa Əmininin ölümü ilə bağlı keçirilən hökumət əleyhinə mitinqlərdə dəfələrlə iştirak edib. Musiqiçi üsyanı, etiraz əhval-ruhiyyəsini qızışdırmaqda və hakimiyyətə qarşı sui-qəsddə günahlandırılıb. 2023-cü ildə o, 6 il müddətinə azadlıqdan məhrum edilib, lakin sonra məhkəmə bu dəfə cəza olaraq ölüm cəzasını seçərək işə yenidən baxmağa qərar verib.

Salehi Rusiya ilə münaqişədə də Ukraynanı fəal şəkildə dəstəkləyib. O, videolarının birində qolunda Ukrayna bayrağı olan sarğı taxıb. Vəkili ölüm hökmündən apellyasiya şikayəti verəcəyini vəd edib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*