İrandan Rusiyaya: “Sərhədlərdə istənilən dəyişiklik bölgədə gərginlik yaradacaq”backend

İrandan Rusiyaya: “Sərhədlərdə istənilən dəyişiklik bölgədə gərginlik yaradacaq"

İran Zəngəzur dəhlizi ilə bağlı Rusiyaya xəbərdarlıq edib.

KONKRET.az İran KİV-ə istinadən xəbər verir ki, dünən hərn iki ölkənin yüksək səviyyəli nümayəndə heyətlərinin birgə iclası keçirilib.

Tədbirdə İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif Rusiyanın Baş naziri Mixail Mişustinlə görüşüb.

Görüşdə İran və Rusiya arasında ortaq məsələlərdə regional əməkdaşlığın möhkəmləndirilməsini qeyd edən birinci vitse-prezident Zəngəzur dəhlizi ilə bağlı məsələyə də toxunub:

“Zəngəzur dəhlizi və Şimal-Cənub dəhlizi ilə bağlı məsələlər ətrafında daha çox müzakirə aparılmalıdır. Sərhədlərdə istənilən dəyişiklik bölgənin geosiyasi gərginliyinə və regiondankənar aktorların sui-istifadəsinə yol açacaq”.

Məlik,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*