İranın sadə vətəndaşlarından biri ölkədə iqtisadi vəziyyətin ağırlaşmasını və insanların günü-gündən yoxsullaşmasını kəskin tənqid edib.
KONKRET.az xəbər verir ki, o bildirib ki, sabiq prezident Həsən Ruhani ölkənin iqtisadiyyatını pis hala salıb və ondan sonra hakimiyyətə gələn İbrahim Rəisi isə vəziyyəti daha da ağırlaşdırıb.
Narazı vətəndaş sonda qeyd edib ki, ölkədə iş yerləri olmadığı üçün insanlarda pul da yoxdur və xalq ağır şəraitdə yaşamağa məcburdur.
Sevinc Paşayeva,
KONKRET.az