İrəvan TƏŞVİŞDƏ: Bu ölkələr öz kapitalını Ermənistandan çıxarır – SİYAHIbackend

İrəvan TƏŞVİŞDƏ: Bu ölkələr öz kapitalını Ermənistandan çıxarır - SİYAHI

Ermənistanın Statistika Komitəsi bu ilin ilk altı ayında xarici investisiyaların həcmini açıqlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat dərc edib. Məlumata görə, Ermənistanda investisiyaların ümumi həcmi əhəmiyyətli dərəcədə azalıb. Belə ki, investisiyaların həcmi   2020 -ci ildə 27 milyard 458 milyon dramdan, 140 milyard 84 milyon drama düşüb. Həmçinin məlumatda son altı ay ərzində birbaşa investisiyalarını Ermənistandan çıxaran ölkələrin olduğu bildirilir.

Fransanın Ermənistandan çıxardığı kapitalın ümumi həcmi  5 milyard 15 milyon dram olub. İtaliya da Ermənistandan birbaşa investisiyalarını çıxaran ölkələr siyahısında yer alıb. Gürcüstan isə 4,5 milyon dram dəyərində kapitalını İrəvandan geri çəkib.

Hətta müttəfiq hesab etdiyi Rusiya da birbaşa investisiyanı azaldıb. Qəzet yazır ki, ötən il Rusiyanın Ermənistandan geri çəkdiyi birbaşa investisiyaların həcmi 9 milyard 379 milyon dram təşkil edib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*