İrəvanda atışma: Rəis müavini yaralandı – FOTObackend

İrəvanda atışma: Rəis müavini yaralandı - FOTO

Bu gün Ermənistanın paytaxtı İrəvanda atışma olub.

KONKRET.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, hadisə saat 09:20 radələrində Başincağyan küçəsindəki evlərdən birinin qarşısında baş verib.

Atışma nəticəsində bir nəfər, Davidaşen inzibati dairəsinin rəis müavini Koryun Arakelyan güllə yarası ilə xəstəxanaya çatdırılıb.

Məlumata görə, polis hadisə yerində iki giliz tapıb.

Faktla bağlı istintaq qrupu yaradılıb və cinayət işi başlanıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*