İrəvandan Simferopola aviareys açılır – Ermənistan Krımı Rusiya ərazisi kimi tanıya bilərbackend

İrəvandan Simferopola aviareys açılır – Ermənistan Krımı Rusiya ərazisi kimi tanıya bilər

İyunun 15-dən etibarən Nordwind Hava Yolları Simferopol Beynəlxalq Hava Limanından İrəvana və geriyə tranzit uçuşlarını həyata keçirməyə başlayacaq.

KONKRET.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Uçuşlar həftənin bir günü, 26 oktyabr tarixinə qədər çərşənbə axşamı günləri Embraer E190 təyyarələrində həyata keçiriləcək. Ümumi uçuş müddəti təxminən beş saat olacaq.

Simferopol Beynəlxalq Hava Limanı MMC-nin kommersiya direktoru Sergey Dyaykinin sözlərinə görə, uçuşlar Simferopoldan Ermənistanın paytaxtına gedən sərnişinlər üçün maraqlı olacaq.

Qeyd edilir ki, Simferopol – Vladikavkaz – İrəvan marşrutu bu istiqamətdə ən sürətli və ən rahat uçuşu təmin edir.

Qeyd edək ki, parlament seçkilərinin nəticəsində hakimiyyətə Rusiya meylli qüvvələr gələrsə, Krım bu ölkənin ərazisi kimi rəsmən tanınacaq və bununla da Ukraynanın ərazi bütövlüyünə qarşı erməni xəyanətinin şahidi olacağıq.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*