İrina Vereşuk: “Mülki şəxslərin təxliyəsi üçün humanitar dəhlizlər barədə razılığa gəlinib”backend

İrina Vereşuk: "Mülki şəxslərin təxliyəsi üçün humanitar dəhlizlər barədə razılığa gəlinib"

Mülki şəxslərin təxliyəsi üçün 10 humanitar dəhlizlə bağlı razılığın əldə olunub.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna baş nazirinin müavini İrina Vereşuk bildirib. O qeyd edib ki, Mariupoldan Zaporojyaya keçmək istəyənlər ancaq öz maşınları ilə çölə çıxa biləcəklər.

Evakuasiya üçün isə Berdyanska avtobus göndərəcək. Tokmak, Enerqodar və Melitopol şəhərlərindən Zaporojyaya keçmək istəyənlər üçün humanitar dəhlizlərin açılacağını bildirən Vereşuk, Luqansk vilayətindəki dəhlizlər Rusiya qoşunları ilə atəşkəs əldə ediləcəyi təqdirdə işləyəcəyini açıqlayıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*