İslam partiyasının həbsdə olan üzvü də ƏFV EDİLDİbackend

İslam partiyasının həbsdə olan üzvü də ƏFV EDİLDİ

Rəsmi qeydiyyatda olmayan Azərbaycan İslam Partiyasının (AİP) həbsdə olan üzvü Rufulla Axundzadə əfv olunub.

KONKRET.az  xəbər verir ki, o, Prezident İlham Əliyevin martın 18-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı ilə əfv edilib.

Beləliklə, R.Axundzadə cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Qeyd edək ki, Axundzadə Rufulla Höccət oğlu, 1955-ci ildə anadan olub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2011-ci il 7 oktyabr tarixli hökmü ilə 11 il 6 ay müddətinə məhkum edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*