İşləmədən pensiya almaq mümkün olacaq? – “Bu şəxslərə 25 il sığorta stajı hədiyyə olunur”backend

İşləmədən pensiya almaq mümkün olacaq? - "Bu şəxslərə 25 il sığorta stajı hədiyyə olunur"

Ölkəmizdə əmək pensiyası hüququndan istifadə etmək üçün minimum pensiya kapitalına və ya azı 25 il sığorta stajına malik olmaq lazımdır.

KONKRET.az xəbər verir ki, bu tələblərə isə əmək müqaviləsi ilə işləyən şəxslər cavab verir.

Bəs rəsmi iş stajı olmayan və ya ümumiyyətlə, işləməyənlər pensiyaya necə çıxırlar?

Hüquqşünas Sahib Məmmədov bildirib ki, həmin şəxslərə müəyyən yaşa çatdıqda yaşa görə müavinət müəyyən olunur:

“2023-cü il üçün həmin müavinətin miqdarı 220 manat təşkil edirdi. Minimum əmək pensiyasının həcmi isə 280 manatdır. Amma burada bir güzəşt var ki, 2006-cı ildən 2018-ci ilə kimi ən azından bir gün sığorta stajı olanlara 25 il sığorta stajı hədiyyə olunur və onlara minimum həcmdə əmək pensiyası təyin olunur”.

Bu halda şəxsə yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın birinədək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanacaq.

Yaşa görə müavinətə gəlincə, onun məbləği yalnız ölkə başçısının müvafiq Sərəncamı ilə artırılır. Pensiyalar isə hər il orta əmək haqqının illik artımına uyğun həyata keçirilir. Bundan başqa, şəxsin pensiya hüququ yarandığı və ya işə daxil olduğu halda ona yaşa görə müavinətin ödənişi dayandırılır.

Ətraflı Baku TV-nin süjetində:

  • Ülviyyə İsgəndərova Əlisgəndər qızı
    Yanvar 17, 2024 - 19:33

    Pensiyadan danışılanda mən gözləyirəm bəlkə qadınlar üçün 57 yaş etsinlər. Amma İlham Əliyev and içib, bunu ancaq yuxunuz görə bilərsiniz. Mən ÜLVİYYƏ İSGƏNDƏROVA ƏLİSGƏNDƏR QIZI SALYAN RAYONU, SALYAN ŞƏHƏRİ, 20YANVAR KÜÇƏSI, EV3, MƏNZIL9 ÜNVANINDA yaşayıram. ( TEL: 055 992 55 79) Revmatizim xəstəliyindən əziyyət çəkirəm. İndi isə(24.12.1971) yaşımın artması ilə həkimlər deyirki, Revmatizim Ortiroza çevrilib. .4169 7388 7450 3471 mənə pul yardımı edin Lütfən.

  • Abdurahman
    Yanvar 18, 2024 - 01:45

    Əlillik

  • Abdurahman
    Yanvar 18, 2024 - 01:48

    ƏLİLİLLƏRİN BƏRPA MƏRKƏZİ DƏ İMTİNA VERİR XƏSTƏLİK SAĞALMADAN ƏLİLLİYƏ. HEÇ BİR KÖMƏKLİK GÖSTƏRİLMİR.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*