İsmayıllıda qəza: polis xəsarət aldıbackend

İsmayıllıda qəza: polis xəsarət aldı

İsmayıllı rayonunda ağır yol qəzası baş verib, xəsarət alanlar var.

KONKRET.az xəbər verir ki, İsmayıllı-İvanovka yolunda 31-BH-341 dövlət nömrə nişanlı “VAZ 2106” markalı minik avtomobili və 90-HE-183 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik avtomobili toqquşub.

Hadisə zamanı avtomobillərin sürücüləri – rayonun Rusan kənd sakini 1976-cı təvəllüdlü Məmmədov Fəxrəddin Məhyəddin oğlu və Qalıncaq kənd sakini İsmayıllı rayon Polis Şöbəsinin post-patrul xidmətinin əməkdaşı 1995-ci il təvəllüdlü Bəhrəmli Səddam Fərrux oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar dərhal İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*