İspaniyanın şərqindəki Valensiya muxtariyyətində güclü yağış və daşqınlara səbəb olan fırtınadan sonra ən azı 155 nəfər həlak olub.
KONKRET.az xəbər verir ki, bu barədə “X”də (keçmiş “Twitter”) regional Fövqəladə Hallar Xidməti məlumat yayıb.
Təbii fəlakət səbəbindən onlarla yol hələ də bağlıdır, dəmir yolu əlaqəsi pozulub, infrastruktura ziyan dəyib. 70 minə yaxın ev işıqsız qalıb. Oktyabrın 31-də ölkənin bəzi bölgələrində, o cümlədən Valensiyada hava ilə bağlı xəbərdarlıq qüvvədə saxlanılıb.
Hazırkı fırtına İspaniya tarixinin ən dağıdıcı təbii fəlakətlərindən birinə çevrilib.//Oxu.az