İsrail ritorikasını dəyişdi – Qantzdan İrana mesajbackend

İsrail ritorikasını dəyişdi – Qantzdan İrana mesaj

İranın nüvə proqramı və digər fəaliyyətləri İsrailin mövcudluğuna təhdid yaradır.

KONKRET.az xəbər verir ki, bunu İsrail müdafiə naziri Benni Qantz Vaşinqtonda deyib.

Onun sözlərinə görə, İranın dayandırılması ABŞ, İsrail və digər ölkələrini ümumi strateji tələbatıdır.

Bununla belə, Qantz Baş nazir Netanyahudan fərqli olaraq, Bayden administrasiyasını İranla nüvə razılaşmasına görə açıq tənqid etməyib:

“Bizim dialoq İranı nüvə silahı əldə etməkdən çəkindirəcək istənilən razılaşmanın effektivliyinin təmini üçün vacibdir. Təhdid miqyasını nəzərə alaraq, İsrail həmişə əmin olmalıdır ki, onun özünü qorumaq imkanı var. Biz bu vacib strateji dialoqu özəl qaydada davam etdirəcəyik”.(axar.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*