İsrail üçüncü dozanın vurulması barədə qərar qəbul edən ilk dövlət oldubackend

İsrail üçüncü dozanın vurulması barədə qərar qəbul edən ilk dövlət oldu

İsrailin Səhiyyə Nazirliyi vətəndaşların təkrar vaksinasiyası haqqında qərar qəbul edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Тimes of Israel” məlumat yayıb.

Bildirilib ki, qərara əsasən, yaşı 60-dan yuxarı olan şəxslərə koronavirusa qarşı “Pfizer” peyvəndinin üçüncü dozası vurulacaq.

Üçüncü dozanın vurulması üçün ikincinin qəbulundan beş ay ötməsi şərtdir.

Qərarın icrasına avqustun 1-dən etibarən başlanacaq.

Qeyd edək ki, İsrail vətəndaşlarına peyvəndin üçüncü dozasının vurulması barədə rəsmi qərar qəbul edən ilk dövlətdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*