İsrailin Rusiyadakı səfirindən Azərbaycana silah satışı ilə bağlı AÇIQLAMAbackend

İsrailin Rusiyadakı səfirindən Azərbaycana silah satışı ilə bağlı AÇIQLAMA

“Niyə başqa ölkələr üçün bir sual yoxdur. Yaxşı xatırlayıramsa, Azərbaycana silah satışında birinci yerdə deyilik. Niyə bu məsələdə hər iki ölkəyə silah satan dövlətlər gündəmə gətirilmir?”.

KONKRET.az xəbər verir ki, bu fikirləri İsrailin Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Ben Tsvi “Exo Moskva” radiosunun efirindən səsləndirib.

Səfir əlavə edib ki:

“Silah satdığımız tək ölkə Azərbaycan deyil. Bu siyahıda Polşa və digər ölkələr də var. Məncə, bu, müzakirə mövzusu olmamalıdır. Axı, hər iki tərəfə- Ermənistana və Azərbaycana silah satan digər ölkələr də var?!”.

KONKRET.az.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*