İşsizlərə 190 manat verilməli, digər imkansızlara isə yardım edilməlidir – DEPUTATbackend

İşsizlərə 190 manat verilməli, digər imkansızlara isə yardım edilməlidir - DEPUTAT

Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında sərt karantin rejimi avqustun 31-nə kimi uzadılıb. Sərt karantin rejiminə görə bir çox müəssisələrin fəaliyyəti dayandırılıb. Avqust ayında aztəminatlı ailələrə və işsiz şəxslərə 190 manat birdəfəlik müavinət verilə bilərmi?

Bununla bağlı KONKRET.az-a danışan deputat Fazil Mustafa bildirib ki, iyul və avqust ayları üçün aztəminatlı ailələr üçün 190 manat birdəfəlik müavinət mütləq verilməlidir:

“Vətəndaşın başqa gəlir yeri yoxdursa, onu evinə qapatmağın bir mənası qalmır. Biz bunun yolunu tapmalıyıq. İşləməyən vətəndaşların sosial təminatı mütləq şəkildə həll edilməlidir. Çünki o, sonradan daha ağır vəziyyətə düşə bilər. Xəstəliyə görə insanı təcrid edirik. İnsanın yaşamaq hüququ var. Bu hüquq təmin olunmalıdır. Ona görə, mən iyul və avqust aylarında 190 manat birdəfəlik müavinətin verilməsinin tərəfdarıyam. Çünki 2 aydır ki, insan evindədir. İş yerləri bağlıdır. Vətəndaş nə etməlidir? Ona görə də, bir yol tapılmalıdır. İşsiz insanların siyahısı da var. İlkin olaraq sihahıda olan insanlara 190 manat birdəfəlik müavinət verilməlidir. Daha sonra da digər imkansız şəxslərə müəyyən qədər vəsait ödənilməlidir”.

Nərgiz Mirzəyeva

KONKRET.az

  • Gunay
    Avqust 4, 2020 - 11:32

    Allah sizdən razı olsun cənab deputat yaxşıki sizin kimi millətin dərdini anlayan biri var çox sağ olun

  • Qarabağ Veteranı,Şəhid Qardaşı.
    Avqust 4, 2020 - 11:51

    Iş yox,pul yox,80 Man Veteran puluynan 5 nəfəri necə saxlayım.intihar da yol değil,Balalar yetim qalacaq.Bəs mən nə edim ay deputat.ūsdəlik də cərimələr.

  • Aynur
    Avqust 4, 2020 - 12:06

    Men Lerik qeydiyatiyam 8ildi Bakida qaliram xaiw edirem hamiya verilsin kimin karti varsa.veziyyet pisdi 3ovladim var yemey isteyir nece dolandirim Heyat yoldawim karantinle bagli iwlemir.xaiw edirik haminin 190m ehtiyaci var

  • Humay
    Avqust 4, 2020 - 12:41

    Basqa bolgeden olanlar mizdulu isciler karatin tetbiq edlmeyen kendler qesebeler bes onlar ne edsin heqiqeten ehtyaac var herkese verlsin yoldasim fehledi evde korpe usaq ama karatin bolgesi nde deylik nolsun ki hec kesde pul yoxdu is gordure karantle bagli bes buz neyle dolanag

  • İlkin
    Avqust 4, 2020 - 13:11

    Mən isləmirəm nə etməliyəm acinda oluruy milət qirilir

  • Araz
    Avqust 4, 2020 - 13:15

    Xayis edirem biz berdede olurux Qurbanov Araz men almamisam hele iyul ayin hara muraciyet edim

  • Wefa
    Avqust 4, 2020 - 13:26

    Salam.verilsim 190 manat men Baki qeydiyatiyam iwimde baglidi

  • Hemide
    Avqust 4, 2020 - 14:02

    Yalandan hele ay pul verilecek ay ne bilm nolacag Deyrler

  • Ramal
    Avqust 5, 2020 - 13:04

    Mən gence şəhərində qalıram 3 övladım var biri 2 çi qurup əlildir..iwlemirem yardım edin xaiw edirem sizden

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*