İŞSİZLƏRİN NƏZƏRİNƏ: bu xidmətlər ödənişsiz olacaqbackend

İŞSİZLƏRİN NƏZƏRİNƏ: bu xidmətlər ödənişsiz olacaq

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən hazırlanmış “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinə əsasən heç bir yerdə əmək və ya mülki müqavilə əsasında işləməyən, eləcə də, sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər 2025-ci ilədək icbari tibbi sığortanın xidmətlərindən ödənişsiz istifadə edə biləcəklər. Həmin şəxslərin icbari tibbi sığorta haqlarını dövlət ödəyir.

KONKRET.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova deyib.

“Eyni zamanda, qanun layihəsinə əsasən, icbari tibbi sığortada müştərək maliyyələşmə məbləğinin tətbiqinin 2025-ci ilədək təxirə salınması təklif edilib. Qeyd edim ki, müştərək maliyyələşmə məbləği ambulator və stasionar tibbi yardım xidmətləri üzrə müraciət zamanı göndəriş prosesi pozulduğu hallarda tətbiq olunması nəzərdə tutulur.

Əlavə olaraq, icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsinin daha 3 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi təklif olunub. 2024-cü il 1 yanvar tarixinə qədər olan möhlətin 2027-ci il 1 yanvar tarixinədək artırılması “Vergi Məsəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi”ndə nəzərdə tutulub. Sözügedən layihə hazırda Milli Məclisdə ikinci oxunuşdadır”, – o vurğulayıb.

  • Gunel
    Noyabr 23, 2023 - 11:44

    Kaşki, yazılan qanunları icra edən orqanlar ədalətli olaydı.

  • Famil
    Noyabr 23, 2023 - 21:39

    Mən işləyirəm sıxortadan yaralana bilmirəm şəxsən muayinlərə pul isdəyilər Lənkaran mkx həkimlər də cox aqresif danişılar nədi pul ala bilmilər vətandaşdan..

  • Aygün cabiyev
    Noyabr 23, 2023 - 21:41

    Lənkaran mərkəzi xəsdaxanasına nəzarət edmilər görəsən təcli yardimi bazar dı qəbul şöbəsi həmcinin bir royanimasysaı dəşətə təbib niyə nəzarət edmir lənkaran xəsdaxanasına..

    • Atilla
      Noyabr 25, 2023 - 13:23

      Onların danışmağıyla deyil əlində müəyyən fakt varsa təbibə göstər onda özləri bilir nə edəcək uşaq başı aldatnaqla,deyil ki o sənin dövlət tərəfindən verilmiş tibbi hüququndu bunlar deyəsən özlərini ağıllı sayırlar heç kimdə pul istəyə bilməz buna görə cinayət daşıyır həmin həkim

  • Anar
    Noyabr 24, 2023 - 06:57

    men isləmirəm ama 1 il önce sigortadan istifade etdik operaciya bele pulsuz oldu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*