İstanbulun Haydarpaşa limanında yük gəmisi saya oturub.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin Sahil Təhlükəsizliyi Baş İdarəsi məlumat yayıb.
Bildirilib ki, gəmi limanda yanaşma manevri edərkən quruya çırpılıb.
Hadisə yerinə dörd xilasedici gəmi və dalğıc heyəti cəlb olunub.
“Josco Taicang” adlı yük gəmisi Haydarpaşa limanına gəlmək üçün martın 12-də Sinqapurdan yola çıxıb.
