İstirahətə gedən gəncin ölüm xəbəri gəldi – TƏFƏRRÜAT / VİDEObackend

İstirahətə gedən gəncin ölüm xəbəri gəldi - TƏFƏRRÜAT / VİDEO

Balakəndə bədbəxt hadisə baş verib.

KONKRET.az xəbər verir ki, rayonun Talalar kənd sakini, 19 yaşlı Ülfət Əliyev Katex çayının Zaqatala rayonu Uzuntala kəndinin ərazisindən keçən hissəsində çayda çimərkən boğularaq ölüb.

Babasının sözlərinə görə, bir gün əvvəl kəndə istirahətə gələn mərhuma dostları zəng edib, Katex çayına üzməyə çağırıblar:

“İki nəfər gəlib dedi ki, Ülfət çiməndə boğulub ölüb, morqdadır. Nəvəm suya girən kimi dərin yerə batıb. Çıxarmaq mümkün olmayıb”.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.

Ətraflı Baku TV-nin süjetində:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*